İki “VAZ" toqquşdu, yaralananlar var

İki “VAZ" toqquşdu, yaralananlar var
22:59 13 Aprel 2017
92 Digər
Ölkə mətbuatı
A- A+

Cəlilabadda yol nəqliyyat hadisəsi baş verib.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Qarazəncir-Qarakazımlı-Bayxanlı avtomobil yolunun rayonun Qarakazımlı  kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “VAZ-2106” markalı avtomobillə “VAZ-2107” markalı avtomaşınla  toqquşub. Qəza nəticəsində bir ailənin iki üzvü xəsarət alıb. Yaralılar - rayonun Ocaqlı kənd sakinləri, 1964-cü il təvəllüdlü Abıyev Bəhmən Bəhmən oğlu və 1967-ci il təvəllüdlü Gülnaz Məmi qızı Abıyevadır. Onlar Cəlilabad rayon mərkəzi xəstəxanasının travma şöbəsinə yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu deyilir.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272111

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR