Sürücülərin nəzərinə: bu yolda məhdudiyyət olacaq

Sürücülərin nəzərinə: bu yolda məhdudiyyət olacaq
11:34 14 Aprel 2017
69 Digər
Ölkə mətbuatı
A- A+

“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir. ASC-dən Lent.az-a bildirilib ki, anoloji işlər bu gün axşam saatlarınadək Nizami rayonu, Heydər Əliyev prospektindən Mikayıl Əliyev küçəsinə düşən avtomobil körpüsünün üzərində aparılacaq. Axşam saat 22:00-dan başlayaraq səhər saatlarınadək isə rənglənmə işləri Nərimanov və Xətai rayonları, "Ramstore" yol qovşağında (10-cu zavod dairəsi) aparılacaq.

 

 

Rənglənmə işlərinin aparıldığı ərazilərdə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq. Məhdudlaşdırma işlərin aparıldığı zolaqlar üzrə tətbiq ediləcək. Digər zolaqlar üzrə isə hərəkət açıq olaraq qalacaq.

 

"Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını tövsiyə edir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272142

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR