"Nöqsana yol vermiş bəzi vəzifəli şəxslər barəsində tədbirlər görülməyib" - SƏDR

"Nöqsana yol vermiş bəzi vəzifəli şəxslər barəsində tədbirlər görülməyib" - SƏDR
12:59 14 Aprel 2017
39 Digər
Ölkə mətbuatı
A- A+

"2016-cı il üzrə nəzarət tədbiri kimi audit aparılan qurumlar tərəfindən 443 nəfər barədə bir sıra intizam-tənbeh tədbirlərinin tətbiq edilməsi ilə bağlı məlumatlar Hesablama Palatasına daxil olub". "APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında Hesablama Palatasının 2016-cı il üzrə hesabatının müzakirəsi zamanı qurumun sədri Vüqar Gülməmmədov deyib.
 
Onun sözlərinə görə, bəzi qurumlar tərəfindən nöqsan və pozuntulara yol vermiş vəzifəli şəxslərə münasibətdə zəruri intizam-tənbeh tədbirləri tam görülməyib.
 
"Həmçinin, bu tədbirlərin preventiv xarakter daşımasını nəzərə alaraq tətbiq edilən tədbirlər əvvəlki illərdə olduğu kimi kifayət qədər sərt olmayıb”, - deyə o vurğulayıb.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272154

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR