“Putin NATO-su”na erməni baş katib təyin olundu

“Putin NATO-su”na erməni baş katib təyin olundu
14:58 14 Aprel 2017
106 Digər
Ölkə mətbuatı
A- A+

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) yeni baş katib təyin olunub.

Publika.az
“RİA Novosti”-yə istinadən xəbər verir ki, baş katib postuna Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Yuri Xaçaturov təyin edilib.

KTMT-nin baş katibinin səlahiyyətlərini müvəqqəti icra edən Valeri Semerikov bildirib ki, Xaçaturov vəzifə səlahiyyətlərini mayın 2-dən icra etməyə başlayacaq.

“KTMT-nin baş katib vəzifəsinə təyinat təşkilata üzv dövlətlərin rəhbərlərinin bu gün Bişkekdə keçirilən iclasında reallaşıb”, - deyə o bildirib.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/195049.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR