Azərbaycan 1 milyard dollarlıq təyyarə alır - "BOEİNQ"LƏR

Azərbaycan 1 milyard dollarlıq təyyarə alır - "BOEİNQ"LƏR
16:14 14 Aprel 2017
121 Digər
Ölkə mətbuatı
A- A+

 

Azərbaycanın "Silk Way Airlines" aviaşirkəti və ABŞ-ın "Boeing" aerokosmik korporasiyası 10 ədəd "Boeing-737 MAX" sərnişin təyyarəsinin alınmasına dair müqavilə imzalanıb. Bu barədə "APA-Economics"ə "Silk Way Holding"dən məlumat verilib.

 

Müqavilə "Silk Way Holding"in prezidenti Zaur Axundov və "Boeing" şirkətinin baş vitse-prezidenti Marti Bentrott tərəfindən bu gün Bakıda imzalanıb.

 

İmzalama mərasimində AZAL-ın prezidenti Cahangir Əsgərov və ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta iştirak edib.

 

Müqavilənin ümumi məbləği təxminən 1 mlrd. dollar təşkil edir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272171

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR