ABŞ kəşfiyyatı: ""WikiLeaks" Rusiya ilə əlaqəlidir"

ABŞ kəşfiyyatı: ""WikiLeaks" Rusiya ilə əlaqəlidir"
17:57 14 Aprel 2017
76 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Mayk Pompeo "WikiLeaks" saytını "ABŞ-a düşmən olan qeyri-dövlət kəşfiyyat xidməti" kimi qiymətləndirib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, M. Pompeo bildirib ki, bu sayta Rusiya kimi antidemokratik dövlətlərin təsiri var.
 
CİA rəhbəri deyib ki, Rusiya ötən il ABŞ-dakı seçki kampaniyası zamanı hakerlərin oğurladıqları məlumatları yaymaq üçün "WikiLeaks"dən istifadə edib: "Sayt buna çalışıb ki, onun tərəfdarları CİA-də işə düzəlsinlər və məxfi informasiyaları əldə etsinlər. Bu saytın işi əsasən ABŞ-a fokuslanıb və onlar antidemokratik dövlətlərdən, təşkilatlardan dəstək axtarırlar".  
 
Xatırladaq ki, bu ilin mart ayında "Wikileaks" CİA-in istifadə etdiyi haker üsulları barədə minlərlə material yerləşdirib. Sənədlərdə söhbət kompüter və smartfonlar üçün viruslardan, eləcə də "ağıllı" televizorları dinləmə qurğusuna çevirən proqram təminatından gedir. Bu sənədlərə əsasən CİA-in əlində "Windows", "Android", "iOS", OSX və "Linux" əməliyyat sistemlərini yoluxduran viruslar və internet-routerlər var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/535218.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR