Zemfiradan xəstəxanaya sərt ittiham: "Məni də, yaxınlarımı da şikəst etdilər"

Zemfiradan xəstəxanaya sərt ittiham: "Məni də, yaxınlarımı da şikəst etdilər"
20:42 14 Aprel 2017
816 Şou
Ölkə mətbuatı
A- A+

"Bu Səhiyyə Nazirliyi nə zamana qədər Sabunçu xəstəxanasına göz yumacaq? Nə zamana kimi ora qəssab yığıncağı olacaq?"

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Zemfira Adıgözəlova deyib.

Həkimlərdən şikayətlənən aparıcı başına gələn hadisəni belə qeyd edib:

"Bunları camaatın sağlamlığı yox, cibləri maraqlandırır. Təcili yardımla gələn ağır xəstəni necə iki gün palatada saxlayıb, kənardan gələn xəstəni aparata salırlar? Yatan xəstəyə "sıran çatmayıb, gözlə" demək olar? İki gündən sonra xəstəni MRT edib, cavabını yaxınlarından gizlətmək olar? Deyirlər pul verin deyək nə var, nə yox. Harda yazılıb bu?"

Z.Adıgözəlova əməkdaşımızla söhbətində əmisi qızının səhhətində problem yarandığını deyib:

"Əmim qızının halı pisləşib, ən ağır şəkildə təcili yardımla xəstəxanaya aparıblar. Həkim deyib ki, qulağında çirk var, beyninə dola bilər. Aradan iki gün keçib, hələ yoxlamamışdılar. Zəng vurub dava edəndən sonra, yoxlanış olub. Bu gün deyirəm, cavabı söyləyin. Bu dəfə də pul tələb edirlər. Mənim özümü, nə qədər yaxınlarımı ora şikəst edib. Palatalar xəstələrlə doludur, tibb bacıları girib onları yoxlamır. Bu biabırçılıq nə qədər davam edəcək bilmirəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/535156.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR