Zeynəb Məmmədyarova Avropa çempionatında liderliyə yüksəldi

Zeynəb Məmmədyarova Avropa çempionatında liderliyə yüksəldi
11:14 15 Aprel 2017
88 Digər
Ölkə mətbuatı
A- A+

Riqada keçirilən qadın şahmatçıların şəxsi Avropa çempionatında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, IV turu Azərbaycan yığması üçün uğurlu saymaq olar.

 

Belə ki, qara fiqurlarla növbəti qələbəsini qazanan Zeynəb Məmmədyarova liderliyə ilə keçirib. Onun kimi Günay Məmmədzadə, Xəyalə Abdulla və Nərmin Məmmədova da partiyalarını 1 xalla başa vurublarlar.

 

Zeynəbdən fərqli, bacısı Türkan Məmmədyarova bu dəfə də məğlubiyyətə üzülüb.

 

 

IV tur

Alisa Qalliamova (Rusiya, 2444) – Zeynəb Məmmədyarova (2322) - 0:1
Natalya Jukova (Ukrayna, 2438) – Ülviyyə Fətəliyeva (2287) - 0,5:0,5
Günay Məmmədzadə (2348) – Antuanetta Stefanova (Bolqarıstan, 2527) - 1:0
Yovanka Huska (İngiltərə, 2397) – Xəyalə Abdulla (2241) - 0:1
Gülnar Məmmədova (2357) – Yelena Semenova (Rusiya, 2212) - 0,5:0,5
Xanım Balacayeva (2196) – Anna Varakomska (Polşa, 2343) - 0:1
Turkan Məmmədyarova (2267) – İrmak Arda (Türkiyə, 2089) - 0:1
Gövhər Beydullayeva (2054) – Kübra Öztürk (Türkiyə, 2261) - 0:1
Nərmin Məmmədova (2240) – Mariya Kuivatsu (Yunanıstan, 2016) - 1:0

 

Turnir cədvəli: 1. Z. Məmmədyarova – 3,5 xal; 12. Fətəliyeva, 20. Məmmədzadə - hər ikisi 3; 39. Abdulla – 2,5; 78. N. Məmmədova, 82. G. Məmmədova – hər ikisi 2; 94. Balacayeva – 1,5; 114. T. Məmmədyarova, 126. Beydullayeva – hər ikisi 1.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272220

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR