Şagirdlərin nədən zəhərləndiyi bəlli oldu - SİYAHI

Şagirdlərin nədən zəhərləndiyi bəlli oldu - SİYAHI
11:59 15 Aprel 2017
101 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gün 22 saylı məktəbdə baş verən qida zəhərlənməsi nəticəsində xəstəxanaya yerləşdirilən 10 şagirdin hamısının vəziyyəti kafidir.
 
5 saylı Birləşmiş Uşaq İnfeksion Xəstəxanasının qəbul şöbəsindən APA-ya verilən xəbərə görə, Maştağa qəsəbəsində yerləşən 22 saylı orta məktəbdə baş verən hadisə nəticəsində zəhərlənən məktəblilərin 8-i təcili yardım, 2-si sonradan valideynləri vasitəsilə gətirilib. Şagirdlərdən 5-i qız, 5-i oğlandır. 
 
Bunlar Kərimli Züleyxa (2006), Məmmədov Cavid (2005), Həsənov Elşad (2006), Haciyeva Fatimə (2006), Yusifov Səyyad (2006), Rəsulova Nəzrin (2005), Şamilov Kənan (2006), Nuruzadə Cavad (2006), Tahirova Fidan (2006), Rəhimzadə Rüqəyyadır (2006).
 
Məktəblilərin və valideynlərin bildirdiklərinə görə, qida zəhərlənməsi şirniyyatdan olub. Belə ki, uşaqlardan birinin ad günü münasibətilə alınan pirojna V sinifdə paylanıb. Nəticədə şirniyyatdan qida zəhərlənməsi qeydə alınıb.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272233

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR