Qızının başını kəsən ata həbsdə öldü - BAKIDA

Qızının başını kəsən ata həbsdə öldü - BAKIDA
12:24 15 Aprel 2017
95 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda daha bir məhkum ölümü qeydə alınıb.
 
APA-nın məlumatına görə, Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə olunan, 1951-ci il təvəllüdlü Tofəddin Mirzəmməd oğlu Hacıyev xəstəlikdən dünyasını dəyişib.
 
Qeyd edək ki, 2014-cü ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində kənd sakini, Tofəddin Mirzəmməd oğlu Hacıyev 28 yaşlı qızı Aida Hacıyevanın boğazını bıçaqla kəsərək qətlə yetirmiş, polisə könüllü təslim olmuşdu.
 
Həmin vaxt hadisənin ailə münaqişəsi zəminində baş verdiyi, atanın qızını əxlaqsızlıq etməsindən şübhələndiyi üçün qətlə yetirdiyi açıqlanmışdı.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272238

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR