Dünyanın ən yaşlı qadını öldü

Dünyanın ən yaşlı qadını öldü
21:54 15 Aprel 2017
187 Digər
Ölkə mətbuatı
A- A+

İtaliyada dünyanın ən yaşlı qadını Emma Morano vəfat edib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, planetin ən yaşlı qadını hesab edilən E.Morano 118 yaşında dünyasını dəyişib.

 

E.Morano 1899-cu ildə İtaliyanın şimalındakı Pyemont vilayətində anadan olub. Son illər o Pyemontun Laqo-Macore gölü yaxınlığındakı evində yaşayıb. E.Moranonun ölümünün səbəbi açıqlanmır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272257

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR