İSTİ GÜNLƏR BAŞLAYIR: 25 dərəcə isti olacaq

İSTİ GÜNLƏR BAŞLAYIR: 25 dərəcə isti olacaq
11:59 16 Aprel 2017
163 Digər
Ölkə mətbuatı
A- A+

Aprelin 17-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yarımadada hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə zəif duman olacaq, cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 7-10° isti, gündüz 17-22°  isti olacaq.

 

 

Bakıda gecə 8-10° isti, gündüz  19-21° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  764 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət   gecə 75-85 %, gündüz  45-50 %  təşkil edəcək.

 

 

Azərbaycanın rayonlarında da hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman olması gözlənilir. Lakin gündüz bəzi qərb rayonlarında qısamüddətli yağış yağacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 20-25° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272277

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR