Aralıq dənizində 7 miqrantın meyiti tapıldı

Aralıq dənizində 7 miqrantın meyiti tapıldı
23:19 16 Aprel 2017
96 Digər
Ölkə mətbuatı
A- A+

Son sutka ərzində Aralıq dənizində Liviyadan İtaliyaya keçməyə çalışarkən batmaq təhlükəsi ilə üzləşən 4 500-ə yaxın miqrant xilas olunub.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İtaliyanın sahil mühafizə xidmətinin məlumatında bildirilir.

 

Son sutka ərzində həmçinin rezin qayıqların birində 7 miqrantın meyiti aşkarlanıb. “Frontex” agentliyinin məlumatına görə, 2017-cı ilin martında Avropaya 11 minə yaxın miqrant daxil olub, fevral ayı ilə müqayisədə artım 20% təşkil edib.

 

İlin əvvəlindən İtaliyaya Aralıq dənizi vasitəsilə 27 min miqrant gəlib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 35% çoxdur.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272305

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR