Ağcabədidə “VAZ”-la “Mercedes” toqquşdu: 1 yaralı

Ağcabədidə “VAZ”-la “Mercedes” toqquşdu: 1 yaralı
00:39 17 Aprel 2017
184 Digər
Ölkə mətbuatı
A- A+

Ağcabədidə yol qəzası baş verib.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Boyat kəndinə qeydə alınıb.

 

Hərəkətdə olan “VAZ-2106” markalı minik maşınında yaranan texniki nasazlıqdan idarəetməni itirən  sürücü qarşıdan gələn “Mercedes” markalı avtomobillə toqquşub.

 

Nəticədə “VAZ”-ın sərnişini,  rayonun İmamqulubəyli kənd sakini  Həsənov İntiqam Hüseyin oğlu kəllə beyin travması ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan APA-ya verilən məlumata görə, yaralı İ.Hüseynovun vəziyyəti ağırdır.

 

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma başlanıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272308

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR