107 nəfər daşqınların qurbanı oldu

107 nəfər daşqınların qurbanı oldu
03:44 17 Aprel 2017
302 Digər
Ölkə mətbuatı
A- A+

Peruda tüğyan edən güclü daşqınlar nəticəsində ölənlərin sayı 107 nəfərə çatıb.

 

APA-nın  RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 97 nəfərin öldüyü bildirilirdi.

 

Təbii fəlakət 1,1 milyon insana ziyan vurub, 171 min nəfər evsiz qalıb.

 

Məlumata görə,  təbii fəlakət “El-Ninyo” iqlim fenomeni ilə bağlıdır. "El-Ninyo" okean və atmosfer cərəyanlarının dövretmə sxemlərinə təsir göstərir. Bu isə öz növbəsində yer kürəsində havaya və iqlimə təsir edir, bəzi regionlarda quraqlıqlara, digərlərində isə güclü yağışlara səbəb olur.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272312

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR