"Tütünlə bağlı qanunu pozan televiziyalar cərimələnəcək" - MTRŞ sədri

"Tütünlə bağlı qanunu pozan televiziyalar cərimələnəcək" - MTRŞ sədri
11:44 17 Aprel 2017
93 Digər
Ölkə mətbuatı
A- A+

Hesab edirəm ki, tütün məmulatlarının zərərli bir hal olduğunu göstərmək, hər bir vətəndaş üçün və eyni zamanda təşkilat üçün lazımlı bir işdir. Biz də çalışacağıq ki, səlahiyyətlərimiz çərçivəsində bu işi həyata keçirək.

 

Lent.az-ın məlumatına görə, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli ASAN Radioya  müsahibəsində bildirib ki, bu qanunun tələbini pozan televiziya kanalı cərimələnəcək.

 

 

Xatırladaq ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun birinci oxunuşda qəbul olunub.

Qanunla Azərbaycanda televiziya və radio efirlərində hər ay 90 dəqiqədən az olmayaraq tütün (siqaret) əleyhinə verilişlər hazırlanacaq, bununla bağlı həmin radio və ya televiziya Milli Televiziya və Radio Yayımı Şurasına hər ay hesabat verəcək.

 

Qanun layihəsinin 12-ci (Kütləvi informasiya vasitələrində tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə biliklərin təbliği) maddəsində qeyd olunur ki, Azərbaycan ərazisində fəaliyyət göstərən bütün televiziya və radio yayımçıları müvafiq icra hakimiyyəti orqanlarının, elm müəssisələrinin və qeyri-hökumət təşkilatlarının dəstəyi ilə tütün istifadəsinin və sağlamlığa zərər vuran digər vərdişlərin mənfi təsiri barədə xəbərdaredici, maarifləndirici və tərbiyəvi mövzuda verilişlər hazırlamalı, bu mövzulara ayda 90 dəqiqədən az olmayan efir vaxtı ayırmalıdır.

Bu verilişlərin 45 dəqiqəsi saat 17:30-23:00 arasında olmaqla, saat 08:00-23:00 arasında yayımlanmalı, verilişlərin surəti hər ay Milli Televiziya və Radio Yayımı Şurasına təhvil verilməlidir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272333

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR