"Azərbaycan bir çox ölkədə “Ticarət evləri” yaradacaq" - İlham Əliyev

"Azərbaycan bir çox ölkədə “Ticarət evləri” yaradacaq" - İlham Əliyev
14:44 17 Aprel 2017
110 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycanın ixrac potensialı bundan sonra daha da artacaq, ölkəmizin tələbatı daha çox yerli məhsullarla təmin ediləcək. Əminəm ki, 2017-ci il daha yaxşı dinamika ilə başa vuracağıq”.

 

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində deyib.

 

Dövlət başçısı bildirib ki, Azərbaycanda ixrac yönümlü müəssisələrin yaradılmasına daha çox diqqət göstərilməlidir: “Azərbaycanda investisiya iqlimi müsbətdir. Xarici və daxili investorları cəlb etmək üçün əlverişli şərait var. Azərbaycanda istehsal olunan məhsullara verilən sertifikatların xarici ölkələrdə tanınması üçün ölkədə fəaliyyət göstərən laboratoriyaların beynəlxalq akkreditasiyadan keçməsi vacibdir”.

 

Prezident qeyd edib ki, kadr hazırlığı qarşıda duran əsas məsələlərdən biridir: “Azərbaycan bir çox ölkədə “Ticarət evləri” yaradacaq. Yaxın vaxtlarda ilk “Ticarət evi” Belarusda açılacaq. Xarici ölkələrdə Azərbaycan məhsullarına böyük maraq var. Prioritet ixrac bazarlarındakı böyük satış şəbəkələri ilə işgüzar əməkdaşlıq qurulmalı, onlar Azərbaycana dəvət edilməli, imkanlarımızla tanış olmalı, qabaqcıl müəssisələri görməlidirlər”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272363

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR