Türkiyə XİN: ATƏT-in rəyi qəbuledilməzdir

Türkiyə XİN: ATƏT-in rəyi qəbuledilməzdir
21:34 17 Aprel 2017
103 Digər
Ölkə mətbuatı
A- A+

ATƏT-in Türkiyədə keçirilmiş referendumla bağlı verdiyi rəyi qəbuledilməzdir.

 

APA-nın məlumatına görə, bu barədə Türkiyə xarici işlər nazirliyinin açıqlamasında bildirilir.

 

“Referendumun beynəlxalq standartlara uyğun olmadığını demək qəbuledilməzdir”, məlumatda bildirilir.

 

Türkiyə XİN-in bəyanatında həmçinin bildirilir ki, ATƏT-in müşahidə missiyası referendumun qiymətləndirilməsində kifayət qədər obyektiv və qərəzsiz  ola bilməyib. 

 

Qeyd edək ki, ATƏT Türkiyədə Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendumun  Avropa Şurası standartlarına uyğun olmadığını bəyan edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272397

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR