“Nüvə müharibəsi hər an başlaya bilər” - Şimali Koreyadan qorxulu bəyanat

“Nüvə müharibəsi hər an başlaya bilər” - Şimali Koreyadan qorxulu bəyanat
22:49 17 Aprel 2017
155 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-a görə hər an nüvə müharibəsi başlaya bilər.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Şimali Koreyanın BMT-dəki daimi nümayəndəsinin müavini Kim İn Rön bəyan edib.

 

“ABŞ regionda nüvə müharibəsinə gətirib çıxara biləcək təhlükəli vəziyyət yaradıb. Bu, dünyada sülh və sabitlik üçün ciddi təhlükə yaradır. Koreya Xalq Demokratik Respublikası Amerikanın istənilən hərbi planlarına cavab verməyə hazırdır. Biz həmçinin lazım bildiyimiz zaman nüvə sınaqlarını  davam etdirəcəyik”, deyə Şimali Koreya rəsmisi vurğulayıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272400

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR