Tramp Şimali Koreya barədə: Niyyətimi açıqlamayacam

Tramp Şimali Koreya barədə:  Niyyətimi açıqlamayacam
03:24 18 Aprel 2017
145 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp Şimali Koreyaya qarşı planlarını açıqlamayacağını, atacağı addımları barədə isə əvvəlcədən məlumat verməyəcəyini bəyan edib.

 

APA-nın xəbərinə görə, o bu barədə “Fox News” telekanalına müsahibəsində deyib.

 

“Mən fikirlərim və qərarlarım barədə əvvəlcədən məlumat vermək niyyətində deyiləm. Mən digər administrasiya rəhbərləri kimi dörd həftə sonra nə edəcəyimi bəyan edənlərdən deyiləm. Belə yanaşma işləmir. Sülhə ümid edirəm. Amma bilirsiniz, o centlmenlə artıq uzun müddətdir ki, nəticəsiz söhbətlər aparılır. O özünü qalib sayır. Görək nə olacaq. Hər halda mən niyyətimi açıqlamayacam”, deyə D.Tramp vurğulayıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272410

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR