23 min il yaşı olan Venera tapıldı - FOTO

23 min il yaşı olan Venera tapıldı - FOTO
10:13 18 Aprel 2017
74 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın Bryansk əyalətində aparılan qazıntılar zamanı qədimi heykəlciklər tapılıb. Rusiyanın Elmlər Akademiyasının müdir müavini Konstantin Qavrilov bildirib ki, tapıntı 2016-cı ilin yaz-payız aylarında aparılan qazıntılar zamanı aşkarlanıb.

Publika.az xəbər verir ki, qazıntılar zamanı tapılan heykəlcik ilk öncə təmizlənməsi və pərba olunması üçün Tədqiqatlar İnstitutuna göndərilib. Daha sonra heykəl Elmlər Akademiyasının Arxeologiya bölməsində incələnib. Məlum olub ki tapıntı paleolit dövrünə aiddir. O dövürdə bənzəri heykəllər mamont dişlərindən hazırlanıb. Alimlər bunu Venera adlandırırlar.

Alimlər Veneranın Bryanskda yerləşən ölkəşünaslıq muzeyində saxlanacağını bildiriblər.

Alimlərin əksəriyyəti düşünürlər ki, bənzəri heykəllər(veneralar) müxtəlif ayin mərasimlərində istifadə olunurdu. Ekspedisiyanın rəhbəri Konstantin Qavrilov deyib ki, veneraları ya qırırdılar, ya da onları xüsusən bu cür qazılmış çuxurlarda dəfn edirdilər. Ona görə başı olmayan veneralar bütöv heykəllərə nisbətən daha çoxdur.

Veneranın uzunluğu təxminən 5 sm-ə yaxın olub. Formasına görə ilk baxışdan hamilə qadını xatırladıb. Heykəl böyük silisium lövhələrin və rənglənmiş mamont sümüklərinin yanında qoyulmuşdu. O dövrdə yaşamış təbəqənin yaşı, təxminən 23 min ilə bərabər hesab edilir.

"Veneranın həddindən artıq böyük qadın formaları şəklində olması alimləri heykəlin Venera ulduzu ilə əlaqəsi ola biləcəyi ehtimalına yönəldir"- Konstantin Qavrilov deyib. Onu da qeyd edib ki, o vaxt hələ əkinçilik mövcud olmayıb. Görünür ki, burada heyvandarlıqdan söhbət gedir.

İlk dəfə belə Venera 1864-cü ildə Fransanın cənub-qərbində Lojeri-Bas ərazisində aparılan qazıntılar zamanı aşkarlanıb. Daha sonra Avropada, Rusiyada və Sibirdə də bənzəri tapıntılara rast gəlinib. Veneralar material və ölçüsünə görə fərqlənir. Ən balacaları 5 sm, ən uzunları isə təxminən 15 sm-ə qədər olub.

Tapılan heykəllərin əksəriyyəti mamont dişlərindən düzəldilmişdi.

Rusiyanın Elmlər Akademiyasının Arxeologiya bölməsindən verilən rəsmi məlumata görə, arxeoloqlar Bryask ətrafı ərazini 1993-cü ildən tədqiq edirlər. Veneranın tapıldığı kompleks isə 2005-ci ildən öyrənilir. Tarixi faktlara əsaslanaraq tədqiqatlar onu göstərib ki, ovçuluqla məşul olan tayfalar bu ərazilərdə təxminən 21 - 24 min il əvvəl yaşayıblar. Ərazidən veneradan başqa bir sıra başqa mamont, bizon sümüklərindən hazırlanmış alətlərdə tapılıb.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/195469.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR