Atasından gizli müğənni olan əməkdar artist: "Yaşamaq üçün pul lazımdı" - VİDEO

Atasından gizli müğənni olan əməkdar artist: "Yaşamaq üçün pul lazımdı" - VİDEO
10:49 18 Aprel 2017
128 Digər
Ölkə mətbuatı
A- A+

 “Lider TV”-nin “Dostlar, bizi unutmayın” verilişinin növbəti buraxılışı yayımlanıb. Lent.az-ın məlumatına görə, tanınmış müğənni Nazəninin təqdimatında yayımlanan verilişin bu həftəki qonağı əməkdar artist Razi Şükürov olub. R.Şükürov sənətindən, şəxsi həyatından söhbət açıb:

 

”Bu sənət çox çətin və ağırdır. Xanəndəlik sənəti elədir ki, 10-20 il yaxşı oxuyarsan, hamı səni sevər. Amma 20 ildən sonra pis oxusan, səni bəyənməzlər. Ona görə də bizim sənət çətindir. Rəhmətlik atam mənim ifaçılıq qabiliyyətimi bilmirdi. Sonradan ona dedilər ki, Razi oxuyur. Atam da dedi ki, istəmirəm ki, sən oxuyan olasan. Dedi ki, bu sənət cavanlığı sevir. 40-50 yaşına qədər kişiyə pul lazım deyil. Çünki kişinin özü puldu. Amma 50-dən sonra yaşamaq üçün pul lazımdı. Müğənniləri də 50 yaşdan sonra toya aparmırlar ki, qocalıb. Bütün bunlara baxmayaraq, mən xanəndəlik sənətini seçdim”.

 

Verilişin tam hissəsinə aşağıdakı video-linkdə baxa bilərsiniz”.

 

Qeyd edək ki, “Dostlar, bizi unutmayın” verilişi həftənin bazar günləri saat 21:00-da “Lider TV”-də yayımlanır. Verilişin informasiya dəstəyi Lent.az-dır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272429

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR