Yaşayış binasının eyvanı uçdu: bir yaralı

Yaşayış binasının eyvanı uçdu: bir yaralı
14:19 18 Aprel 2017
77 Digər
Ölkə mətbuatı
A- A+

Gəncədə yaşayış binasının eyvanı uçub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Nəriman Nərimanov prospekti 35 ünvanında qeydə alınıb. Binanın 2-ci mərtəbəsində 26 saylı mənzildə yaşayan 1990-cı il təvəllüdlü Reyhan Ağayeva `paltar sərərkən eyvan uçub. Yerə düşən qadın müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı aidiyyatı qurumlar tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272455

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR