Cinayətə görə cərimənin maksimum həddi artırıldı

Cinayətə görə cərimənin maksimum həddi artırıldı
19:23 18 Aprel 2017
80 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda cinayətə görə tətbiq olunan cərimələrin maksimum həddi iki dəfə artırılır.

Publika.az xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinin 44-cü (Cərimə) maddəsinə dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, “Cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla on min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda müəyyən olunur” cümləsində “on min manat” sözü “iyirmi min manat” sözü ilə əvəz edilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və aprelin 25-də müzakirəyə çıxarılacaq. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/195554.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR