Filippində avtobus dərəyə düşdü: 24 ölü

Filippində avtobus dərəyə düşdü: 24 ölü
23:22 18 Aprel 2017
81 Dünya
Ölkə mətbuatı
A- A+

Filippinin şimalında sərnişin avtobusunun dərəyə yuvarlanması nəticəsində azı 24 nəfər ölüb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Ölkə polisinin məlumatına görə, hadisə yerli vaxtla saat 11:00-da baş verib. Salonunda 50 sərnişinin olduğu avtobus paytaxt Manilanın şimalındakı Nueva-Esixa vilayətinin Karranqlan şəhərinə məxsus Kapintalan kəndində dərəyə düşüb. Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.
Avtobus Cənubi İlokos vilayəti istiqamətində hərəkət edirmiş. Şahidlərin sözlərinə görə, qəza sürücünün sürət həddini artırmasından sonra baş verib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/536468.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR