Ərdoğan: "Trampla tezliklə görüşəcəyik"

Ərdoğan: "Trampla tezliklə görüşəcəyik"
03:54 19 Aprel 2017
158 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan amerikalı həmkarı Donald Trampla yaxın zaman görüşün keçirilməsinə dair razılaşdığını bildirib.  

 

APA-nın xəbərinə görə, bu barədə Ərdoğan ABŞ-ın CNN telekanalına müsahibəsində bildirib.

 

“Əlbəttə, məni təbrik edənlər oldu. Çox xoş oldu, Tramp referendumun nəticələri ilə əlaqədar məni təbrik etdi. Biz ABŞ-Türkiyə münasibətlərinin yaxın perspektivdə inkişafından danışdıq, Suriyadakı vəziyyətlə bağlı fikir mübadiləsi apardıq”, - deyə Ərdoğan bildirib.  

 

Türkiyə prezidenti ikitərəfli münasibətlərin inkişafı üçün təkbətək görüşün keçirilməsinin vacib olduğunu qeyd edib.  Ərdoğan müvafiq razılaşmanın əldə olunduğunu vurğulayıb: “Biz yaxın zamanda görüşəcəyimizə dair razılığa gəldik”.     


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272502

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR