Polis 60 yaşlı qadınla 17 yaşlı oğlanı bu hərəkətlərinə görə CƏZALANDIRDI

Polis 60 yaşlı qadınla 17 yaşlı oğlanı bu hərəkətlərinə görə CƏZALANDIRDI
11:08 19 Aprel 2017
121 Digər
Ölkə mətbuatı
A- A+

Romada ayaqlarını fontanda yuduğuna görə danimarkalı turistlər 900 avro cərimələnib.

Publika.az xəbər verir ki, hadisə tarixi Kolizey yaxınlığında baş verib. 60 yaşlı qadın və 17 yaşlı oğlan fontanın kənarında oturubmuşlar. Yorğun turistlər sərinləmək, ayağının tozunu yumaq üçün fontandan istifadə ediblər. Amma polis bu zövqü onlara çox görüb və turistlər adambaşına 450 avro cərimələniblər. Əsəbiləşən yaşlı turist bununla razılaşmayıb və Danimarka səfirliyinə şikayət edib. Səfirlik isə İtaliya qanunlarını poza bilməyəcəyini bildirib.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/195627.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR