Şəxsi həyata müdaxilə edənlər cərimələnəcək - 2000 manat

Şəxsi həyata müdaxilə edənlər cərimələnəcək - 2000 manat
11:34 19 Aprel 2017
75 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda şəxsi həyata müdaxilə ilə bağlı cəza ağırlaşdırılır. APA-nın məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinin 156-cı (Şəxsi həyatın toxunulmazlığını pozma) maddəsinə dəyişiklik təklif edilib.

 

 

Dəyişikliyə əsasən, maddənin sanksiyasında nəzərdə tutulan “100 manatdan 500 manata qədər” cərimə “1000 manatdan 2000 manata qədər” cərimə ilə əvəzlənir.

 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və aprelin 25-də müzakirəyə çıxarılacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272531

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR