“Sönməyən ulduzlar” təqdim olundu

Aprelin 15-də Respublikanın Əməkdar artisti, rəqqasə Aliyə Ramazanovanın həyat və yaradıcılığına həsr olunmuş “Sönməyən ulduzlar” kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə rəqqasənin sənət dostları, tələbələri və ailə üzvləri iştirak ediblər.

Filologiya üzrə fəlsəfə doktoru, tarix elmləri doktoru,tanınmış tele-aparıcı, araşdırmacı Güllü Yoloğlu, Əməkdar artist, rəqqasə Zemfira Həsənova, Rusiya və Çeçenistan Respublikalarının Xalq artisti, rəqqas Dikalo Muzakayev, Aliyə Ramazanovanın tələbələri rəqqasə Fatimə, Mətanət Həsənova, Rəna Qafarlı sənətkarla xatirələrindən danışıb, onun Azərbaycan rəqs sənətindəki misilsiz xidmətindən söz açaraq, “Sönməyən ulduzlar” kitabını rəqqasənin şərəfli ömür yolunun qısa xülasəsi kimi qiymətləndiriblər .

Aliyə Ramazanovanın tələbələri rəqsləri ilə tədbirə xüsusi maraq qatıblar. Sonda əməkdar artist özünün “Azərbaycan maralı” mahnısına hazırladığı xüsusi rəqsini ifa edib.

Qeyd edək ki, “Sönməyən ulduzlar” kitabında rəqqasənin öz dilindən həyatı və yaradıcılığındakı xatirələri, müsahibələri, özünün və müxtəlif şairlərin ona həsr etdiyi şeirləri yer alıb.

Kitabın tərtibatçısı Filologiya üzrə fəlsəfə doktoru Fəridə Ləman, məsləhətçisi professor Tamella Abbasxanlı, redaktoru Azərbaycan Yazıçılar Birlinin üzvü, şair Təbrizə Pünhandır.

Şahanə MÜŞFİQ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR