Sənubər İsgəndərli məhrəm sirrini açdı: "Ürəyim partlayır..." - FOTO

Sənubər İsgəndərli məhrəm sirrini açdı: "Ürəyim partlayır..." - FOTO
13:12 19 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Çoxdandır fəaliyyət göstərdiyi Akademik Milli Dram Teatrındakı yeni tamaşalarda görünmür. Sonuncu dəfə teatrda iki il əvvəl yeni tamaşada rol alıb. Teatrdan çox seriallarda oynayan aktrisa son vaxtlar təmtəraqlı villasının görüntüləri ilə gündəmə gəlib.

Milli.Az əməkdar artist Sənubər İsgəndərlinin yeniçağ.az-a müsahibəsini təqdim edir:

- Sənubər xanım, bir müddət öncə, həmkarınız Zemfira Nərimanova bekarçılıqdan şikayətlənmişdi. Sizi də çoxdandır heç bir tamaşada görə bilmirik. Biz sevindik ki, rəhbərlik dəyişəndən sonra sizləri tamaşalarda görə biləcəyik, amma, hələ ki, nəticə yoxdur...

- İndi əvvəlki kimi deyil, dövlət sifarişlərinə az pul ayrılır. Burda mənlik heç nə yoxdur. Əvvəlki rəhbərliklə problem vardı, amma Azərpaşa müəllimlə münasibətlərimiz normaldır.

- Bəs niyə tamaşalarda yoxsunuz?

- O, gələndən cəmi iki-üç tamaşa qoyulub.

- Sonuncu dəfə nə vaxt səhnəyə çıxmısız?

- İki il əvvəl "21.15 qatarı"nda oynamışam.

- İki il az vaxt deyil, bəs səhnə üçün darıxmırsız?

- Ürəyim partlayır, amma gözləyirəm. Tək mən yox e, hamımız gözləyirik. Bu saat mənim işləyən vaxtımdır. Mən heç kimdən qorxmuram, heç kimdən də asılılığım yoxdur. İsrafilin də vaxtında lazım olanda sözümü açıq demişəm. Amma Azərpaşa müəllimlə heç bir problemim yoxdur.

- Bəs rolsuz darıxmırsınız?

- Allaha and olsun ki, çox darıxıram.

- Heç seriallarda da görünmürsünüz...

- Çəkilir e, amma o seriallara da pul buraxan yoxdur. Təklif olunanlar da mənim ürəyimcə deyil. Serial təklifləri alıram. Bəziləri məni qane etmir. Yəqin ki, ürəyimcə olan ssenarilər olacaq. Hər şeydə gözləmə mövqeyindəyəm. İnanıram ki, bu gün olmasa da, sabah bir zəng gələcək.

- Gözəlliyinizin sirrini bəlkə açasınız, maşallah, qızınızla dəyişik düşərsiniz...

- Genetikanın da rolu var. Çünki qızıma da baxsan, yaşını verməzsən, heç deməzsən ki, anadır. Təbii ki, baxımın da rolu böyükdür.

- Bədnəzərdən qorxursunuz?

- Nəzər olan kimi o saat başım ağrıyır.

- Bəs bədnəzərdən qorunmaq üçün neynirsiz, talismanlardan istifadə edirsiniz?

- Heç nə... Arada üzərlik yandırıram, o da göz üçün yox. Sadəcə, üzərliyin iyi xoşuma gəlir. Durum üstümdə dua, gözmuncuğu, talismanlar gəzdirim, elə şeyləri sevmirəm.

- Müsahibələrinizin birində demişdiniz ki, qadın sevəndə, sanki, göylərdə uçur...

- Elə indi də o fikirdəyəm. Qadın sevəndə uçur. Sevgi varsa, həyat var demək, gözlərdə parıltı var. Bax bayaqdan soruşursunuz, bu da gözəlliyimin sirri.

- Geyimlərinizlə bağlı kiminləsə məsləhətləşirsiniz, yoxsa elə öz zövqünüzə arxayın olursuz?

- Öz zövqümlə geyinirəm, amma ətrafımda məsləhətləşdiyim və zövqünə inandığım insanlar var. Qızımla, həmkarım Vəfa Zeynalova ilə məsləhətləşirəm. Eyni zamanda dəb jurnallarını, interneti izləyirəm.

- Qarderobunuzda elə geyimlər varmı ki, xoşunuza gəlib almısınız, amma onları geyinməyi özünüzə qadağan etmisiz?

- Yox. Çünki hər şeyi normasında edən adamam. Bəzi geyimlərim var, kökələndə onları geyinə bilmirəm, qalıram baxa-baxa.

- Hansı üslub xarakterinizə daha yaxındır?

- Klassik və idman. Bir də getdiyim məkanlara uyğun geyinirəm.

- Həmişəmi brend?

- Yox, həmişə keyfiyyət.

- Qarderobunuzda ən bahalı geyimin qiymətini deyərsiz?

- Yox. Sən Allah, məni dilə-dişə salma.

- Yaxşı, onda deyin görək ən çox nəyə pul xərcləyirsiniz?

- Ətirlərə.

- Bu yaxınlarda villanızın da fotoları yayıldı... Maşallah, pis yaşamırsız.

- O villa mənim deyildi. Yaxşı oldu soruşdunuz, qoyun mən də deyim. O fotoları yayılan villa mənim çəkildiyim "Dəfnə ağacı" serialındakı evdir. Bir də istirahət etdiyim istirahət mərkəzinin fotolarıdır. Ayıbdır e, bir adama zəng vurub dəqiqləşdirərlər də. Mən harda şəkil çəkdirsəm, elə hamısını adıma çıxacaqlar?

- Yəni illərin sevilən aktrisası olan Sənubər İsgəndərlinin yəni bir villası, bağı yoxdur?

- Ay qurban olum sənə, nə villa? Bir dənə bağım var, o da təmtəraqdan uzaq, adi bir bağdır. Hətta şərhlər də yazılmışdı ki, bunun bağı nə gündədir?!

- Bəs yol polisləri ilə aranız necədir?

- Əla. Sağ olsunlar, hamısı hörmətimi saxlayır.

- Qayda pozuntusu olanda güzəşt edirlər?

- Qayda pozmuram.

- Yəni indiyə qədər bir dəfə də olsun cərimə yazılmayıb sizə?

- Cərimələrim olub, hamısını özüm ödəmişəm. O da çoxdan.

- Heç qəza törətmisiniz?

- Təzə-təzə avtomobili idarə edən vaxtlarımda olub. O da çoxdan - 10 il əvvəl.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bu avtobusların hərəkət sxemi dəyişir

23 İyun 2017 16:48

Formula 1-in idman direktoru: "Bakı Şəhər Halqası məni valeh etdi"

23 İyun 2017 16:47

Bakı Metrosunun stansiyaları Tarkana görə iş vaxtını dəyişdi

23 İyun 2017 16:47

"Bank Standard"ın Kreditorlar Komitəsi Bankın keçmiş vəzifəli şəxslərini məhkəməyə verəcək

23 İyun 2017 16:47

Sabiq deputat banka qoyduğu əmanətin 30 min manatını geri alıb

23 İyun 2017 16:47

“Səbail” Kartepeyə gedir

23 İyun 2017 16:47

11 yaşlı oğlan çayda batdı

23 İyun 2017 16:44

“Trend” İnformasiya Agentliyi və Latın Amerikası ölkələri məlumat mübadiləsi aparacaq

23 İyun 2017 16:43

Göyçayda 3 oğurluğun üstü açılıb

23 İyun 2017 16:43

BAKIDA İNANILMAZ HADİSƏ: qarnından qaşıq çıxarıldı

23 İyun 2017 16:39

11 yaşlı uşaq çayda boğuldu

23 İyun 2017 16:38

Belarus son 6 ildə ilk dəfə avrobond yerləşdirib

23 İyun 2017 16:37

Yaponiya hökuməti terrorçu PKK-ya qoşulan yaponu vətəndaşlıqdan çıxarıb

23 İyun 2017 16:37

ADU-da “Azərbaycan ordusunda tolerantlıq” mövzusunda tədbir keçirilib (FOTO)

23 İyun 2017 16:36

Putinin agentləri Poroşenkonu mühasirəyə alıb – ŞOK İDİDİA

23 İyun 2017 16:33

Ucarda 11 yaşlı uşaq çaya düşərək boğulub

23 İyun 2017 16:32

Plastik şüşələri ATMAYIN!

23 İyun 2017 16:31

Fəvvarələr meydanında estrada ifaçılarının konserti olacaq

23 İyun 2017 16:29

Ueldanovun cinayət işi geri qaytarıldı

23 İyun 2017 16:29

Bakıda keçirilən “Formula 1” yarışında dəhşətli qəza - FOTO-VİDEO

23 İyun 2017 16:27

Sosial evlər üçün müraciətlər artır: İlk müraciət ilk mənzil deməkdir?

23 İyun 2017 16:23

Bakıda Vərəm Dispanserdə qayınanasını öldürən şəxsin məhkəməsində həkim ifadə verib

23 İyun 2017 16:22

"Honda" Bakıya təkmilləşdirilmiş daxiliyanma mühərriki gətirdi

23 İyun 2017 16:22

Şəhərətrafı ərazilərə yeni avtobuslar veriləcək

23 İyun 2017 16:21

“Beşiktaş” Pepedən cavab gözləyir

23 İyun 2017 16:19

Bu ailələrə təzminat ödəndi

23 İyun 2017 16:19

Lenindən Qorbaçova qədər... - Sovet rəhbərləri bu avtomobillərdə GƏZİRDİ - FOTOLAR

23 İyun 2017 16:18

Əkrəm Həsənov: "KPMG"-nin audit apardığı banklar müflis olur"

23 İyun 2017 16:17

Bakıda "Formula- 1"lə əlaqədar banklar gücləndirilimiş rejimində işləyəcək

23 İyun 2017 16:17

Bu yayın ən bahalı 10 transferi - SİYAHI

23 İyun 2017 16:17

İlham Əliyev baş nazirin müavinini qəbul edib

23 İyun 2017 16:17

Deputatlarımız spikerin rəhbərliyi ilə Koreyaya gedir

23 İyun 2017 16:15

"Şort geymək nədir, camaatın anası, bacısı var" - SORĞU

23 İyun 2017 16:14

Ondan 12 kiloqram narkotik götürüldü

23 İyun 2017 16:14

Vatsapdan möhtəşəm YENİLİK

23 İyun 2017 16:13

"Şou-biznesimiz bir mafiyadır"

23 İyun 2017 16:11

Hindistan loukosteri Azərbaycana aviareys açmağı planlaşdırır

23 İyun 2017 16:08

Avtobus sürücülərinə sərt CƏZALAR - FOTOLAR

23 İyun 2017 16:08

Nikol Şerzinger Bakıda - FOTO

23 İyun 2017 16:05

İŞİD sosial şəbəkələri qadağan etdi

23 İyun 2017 16:05

Putin Ərdoğana zəng etdi

23 İyun 2017 16:03

İraqda partlayış törədilib, 9 nəfər ölüb, 11 nəfər yaralanıb

23 İyun 2017 16:02

Bakıda Ramazan bayramı ilə bağlı konsert olacaq

23 İyun 2017 16:01

Dostuna qarşı 20 min manatlıq dələduzluq edən şəxs azadlığa buraxıldı

23 İyun 2017 16:01

Cavid Qurbanov AHİK-in medalı ilə təltif olunub

23 İyun 2017 16:01

AMEA alimlərin ev qalmaqalına aydınlıq gətirdi

23 İyun 2017 15:58

Muğam müsabiqəsində rüşvət qalmaqalı böyüdü

23 İyun 2017 15:58

Ross Braun: Formula 1 yarışlarının formatı dəyişdirilə bilər

23 İyun 2017 15:55

Azərbaycanlı müğənni: "Şou-biznes mafiyadır" - FOTOLAR

23 İyun 2017 15:54

Ana ölən oğlunu almaza çevirdi - FOTOLAR

23 İyun 2017 15:53