20 minə yaxın şəxs sınaq imtahanına yazılıb

20 minə yaxın şəxs sınaq imtahanına yazılıb
17:29 19 Aprel 2017
184 Digər
Ölkə mətbuatı
A- A+

I, II, III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul  olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə mayın 27-də keçiriləcək ilk sınaq imtahanına yazılış davam edir.

 

DİM-dən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sınaq imtahanında iştirak üçün qeydiyyat prosesi aprelin 12-dən başlayıb və mayın 23-də saat 10:00-dək aparılacaq. Bu müddət ərzində 20 minə yaxın şəxs sınağa yazılıb.

 

Bildirək ki, sınaq imtahanlarında iştirak etmək istəyən şəxslər ekabinet.dim.gov.az  saytındakı "Şəxsi kabinet"in "Sınaq imtahanı üçün ödəmə kartlarının  alınması" bölməsinə daxil olaraq 'Sınaq imtahanı' ödəmə kartını əldə  edib eservices.dim.gov.az/sinaq səhifəsində YENİ İSTİFADƏÇİ kimi  qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş istifadəçilər istədiyi zaman yeni ödəmə kartı əldə  edib hesablarının balansını artıra bilərlər. İstifadəçilər  balanslarındakı vəsaitdən istifadə edib sınaq imtahanlarına istənilən  şəxsləri yazdıra bilərlər.

İmtahan respublikanın 26 şəhər və rayonunda, 96 imtahan binasında təşkil olunacaq. Sınaq imtahanının keçirilməsi üçün həmin binalarda ümumilikdə 51 min 50 yer ayrılıb


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272579

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR