Sabiq rəisin oğlu qəzada öldü

Sabiq rəisin oğlu qəzada öldü
21:59 19 Aprel 2017
200 Digər
Ölkə mətbuatı
A- A+

Ucar-Zərdab yolunda iki avtomobil toqquşub.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ucar rayonunun Qazyan kəndində baş verib.

 

90 XM 720 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobillə 03 BB 478 dövlət nömrə nişanlı, “VAZ 21011” markalı avtomobil toqquşub.

 

Nəticədə Zərdab rayon sakini, 1984-ci il təvəllüdlü Adışirin Soltan oğlu Sadıqov hadisə yerində ölüb. Ucar rayonunun Qazyan kənd sakini, 1957-ci il təvəllüdlü Nizami Faxrəd oğlu Manafov və Zərdab rayon sakini, 1966-cı il təvəllüdlü  Cavanşir İbiş oğlu  Mürşüdov isə xəsarət alıb.

 

Xəsarət alanlar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, yol qəzası nəticəsində ölən A. Sadıqov Zərdab  Suvarma Sistemləri İdarəsinin keçmiş rəisinin oğludur.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272598

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR