Azərbaycanda yoxa çıxan falçının meyiti tapıldı - FOTO

Azərbaycanda yoxa çıxan falçının meyiti tapıldı - FOTO
12:39 20 Aprel 2017
158 Digər
Ölkə mətbuatı
A- A+

Keçən ilin dekabrında Ucar rayonunun Qazyan kəndində itkin düşən 1935-ci il təvəllüdlü Əliyev Xəlil Əli oğlunun meyiti tapılıb. Lent.az xəbər verir ki, 82 yaşlı kişinin meyiti evinin yaxınlığındakı su kanalında aşkarlanıb. Məlum olub ki, su heyvanları onun bədəninin müxtəlif nahiyələrini didiblər. Evdən çıxarkən əynində olan paltarlar da onun üzərində olub.

 

Bildirilir ki, X.Əliyev dekabrın 29-da kanala yıxılıb və fiziki gücü olmadığından bataqlıqdan çıxa bilməyib.

 

O, rayonda falçı kimi tanınıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272639

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR