ATV-də (Azad Azərbaycan) kanalında yayımlanan "Günəşim ol" serialı bitir.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, reytinq göstəriciləri yüksək olan serial aprelin sonunda tamaşaçılarla vidalaşcaq.
Həftə içi 4 gün yayımlanan ekran işinin sona çatması barədə qərar qəbul olunub.
Xatırladaq ki, layihədə Günel Məmmədova, Rəşad Kəsəmənli, Elnar Qarayev, Zemfira Nəcəfova, Elxan Quliyev və başqaları rol alıblar.
Qeyd edək ki, hazırda serialın 120-ci bölümü yayımlanır, çəkilişlər Lənkəranda baş tutur.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində