"...sübut etsəniz, Amerikadakı o evlərdən birini sizə verəcəm" - Novruz Məmmədov

"...sübut etsəniz, Amerikadakı o evlərdən birini sizə verəcəm" - Novruz Məmmədov
17:39 20 Aprel 2017
109 Digər
Ölkə mətbuatı
A- A+

 

Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov tvitter hesabı vasitəsilə haqqında iddia irəli sürən amerikalı siyasətçiyə cavab verib.

 

Lent.az “qafqazinfo”ya istinadən xəbər verir ki, siyasətçi Dvorkin hələ 15 mart tarixli paylaşımında Novruz Məmmədovun adını çəkərək onun ABŞ-da iki kondominiuma (bir ədəd çoxmənzilli bina və ya bir neçə sıra ilə düzülmüş binalardan ibarət daşınmaz əmlak) sahib olduğunu iddia etmişdi. N.Məmmədov isə bugünki paylaşımında siyasətçini üzr istəməyə çağırıb:

 

“Mən bir müddət idi, gözləyirdim və düşünürdüm, vicdanınız nəhayət sizə deyəcək ki, şər və böhtan məlumat yaymısınız və azı, üzr istəyəsiniz. Lakin gördüm ki, yalan yaymaq sizin gündəlik işinizdir. Əgər siz sübut edə bilsəniz ki, mən ABŞ-da iki kondominiuma sahibəm, o zaman onlardan birini sizə verəcəm. Əks halda, qürurunuz və ləyaqətiniz varsa, siz üzr istəyəcəksiniz”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272677

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR