"Emin Ağalarovla sürpriz hazırlayırıq"

"Emin Ağalarovla sürpriz hazırlayırıq"
20:54 20 Aprel 2017
125 Digər
Ölkə mətbuatı
A- A+

Tanınmış rusiyalı müğənni Vera Brejneva Bakının qonağıdır. Bu gün axşam o, Heydər Əliyev Sarayında “Nömrə 1” adlı konsert proqramı ilə çıxış edəcək.

 

İfaçı axşamkı konsertə xüsusi hazırlaşdığını bildirib: “Burada olmaq çox xoşdur. Bu gün Bakıda ilk böyük solo konsertim olacaq. Bu axşam üçün gözəl proqram, musiqi hazırlamışam. Yeni mahnım bir aydan sonra hazır olacaq. Amma bu gün axşam sevilən mahnılarımı təqdim edəcəyəm”.

 

Populyar müğənni həmçinin bildirib ki, həmkarı Emin Ağalarovla birgə sürpriz hazırlayır: “Biz Eminlə sürpriz hazırlayırıq. Amma bu, hələ layihə deyil. Hələ ki, Eminlə oturub ətraflı söhbət etmək üçün vaxt tapa bilməmişik. Hər halda, 27 iyulda “Jara” Festivalında iştirak edəcəyəm. Eminlə sürprizi də məhz orada təqdim edəcəyik”.

 

Qeyd edək ki, Vera Brejneva Azərbaycana "Baku Shopping Festival" çərçivəsində gəlib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272690

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR