Parisdə polis atəşə tutuldu: ölən və yaralanan var

Parisdə polis atəşə tutuldu: ölən və yaralanan var
00:09 21 Aprel 2017
90 Digər
Ölkə mətbuatı
A- A+

Fransa paytaxtında silahlı insident olub. APA -nın "Reuters"ə istinadən verdiyi məlumata görə, silahlı şəxs polisləri atəşə tutub.

 

Atışma zamanı bir polis ölüb, digəri yaralanıb.

 

Cavab atəşi ilə silahlı zərərsizləşdirilib.

 

Hadisə Parisin mərkəzində, “Yelisey çölləri” adlanan küçədə qeydə alınıb.

 

Polisin məlumatında insidentin terror aktı olub-olmadığı bildirilmir.

 

Hazırda ərazidə araşdırmalara başlanılıb, şəhərdə antiterror əməliyyatlarının başlanacağı istisna edilmir.

 

Sakinlərə həmin ərazilərə çıxmamaq məsləhət görülür.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272699

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR