Avroliqa: yarımfinalın püşkü atılır - YENİLƏNİR

Avroliqa: yarımfinalın püşkü atılır -   YENİLƏNİR
10:27 21 Aprel 2017
95 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Avropa Liqasında yarımfinalın püşkü atılacaq. Fanat.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 15.00-da start götürəcək.


Püşkatmada qitənin ikinci dərəcəli klub turnirində 4 komanda rəqiblərini tanıyacaq. Bu mərhələyə İngiltərənin "Mançester Yunayted", İspaniyanın "Selta", Fransanın "Lion" və Hollandiyanın "Ayaks" klubları vəsiqə qazanıb.

 

Püşkatma açıq şəkildə keçiriləcək və bütün komandalar bir-birilərinə rəqib ola bilərlər.

 

Qeyd edək ki, yarımfinal ilk görüşləri mayın 4-də, cavab qarşılaşmaları isə bir həftə sonra oynanılacaq. Turnirin final matçı isə mayın 24-də İsveçin paytaxtı Stokholmda, “Friends Arena in Solna”da keçiriləcək.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-avroliqa-yarmfinaln-puku-atlr-t57775.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR