Elektrik naqili futbol mərkəzinin damına düşdü: 30 ölü

Elektrik naqili futbol mərkəzinin damına düşdü:  30 ölü
04:14 22 Aprel 2017
81 Digər
Ölkə mətbuatı
A- A+

Nigeriyada yüksək gərginlikli elektrik naqilinin azarkeşlərin “Mançester Yunayted”  “Anderlext” oyununu izləyədiyi futbol mərkəzinin damına düşməsi nəticəsində 30 nəfər ölüb.

 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mirror” qəzeti məlumat yayıb.

 

İnsident Kalabar şəhərində qeydə alınıb. Nəticədə 28 nəfər hadisə yerində, daha 2 nəfər isə xəstəxanada ölüb.

 

“Mançester Yunayted” klubu “Twitter” səhifəsində həlak olanların yaxınlarına başsağlığı verib, yaralılara şəfa diləyib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272812

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR