ATV-də lağa qoyulan Orxan Fəxrəddinov kimdir? - FOTO

ATV-də lağa qoyulan Orxan Fəxrəddinov kimdir? - FOTO
11:37 22 Aprel 2017
256 Ölkə
Ölkə mətbuatı
A- A+

ATV-də "İdeya Qazandı" verilişinə qatılan gənc öz layihəsini təqdim edən zaman münsiflərin onu lağa qoyması əks olunan video sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevrilib.

Milli.Az xəbər verir ki, unikal.org həmin gəncin kimliyini araşdırıb. Verilişdə qonaq olan gənc Orxan Fəxrəddinov YAP-ın Bərdə rayon Gənclər Təşkilatının sektor müdiri vəzifəsində çalışıb.

Təşkilatdan qeyd olunub ki, O.Fəxrəddinov gənc olmasına baxmayaraq YAP-ın fəal üzvlərindən biridir və o YAP Gənclər Birliyi baş ofisində layihələr üzrə sektor müdiri vəzifəsinədək yüksəlib. Orxan həmçinin "Gənc Biznesmen" layihəsinin rəhbəridir.

Hazırda hərbi xidmətdə olan O.Fəxrəddinov bu ilin iyul ayında hərbi xidməti başa vuracaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/537692.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR