Azərbaycan futbolunda KURYOZ: çempionatda neçə komanda olacağı bilinmir

Azərbaycan futbolunda KURYOZ: çempionatda neçə komanda olacağı bilinmir
14:44 22 Aprel 2017
78 Digər
Ölkə mətbuatı
A- A+

 

Azərbaycan Premyer Liqasının növbəti mövsümündə neçə komandanın iştirak edəcəyi hələ müəyyənləşməyib. Apasport.az saytının məlumatına görə, bunu AFFA prezidenti Rövnəq Abdullayev bildirib.


"Növbəti mövsümdə Premyer Liqada neçə komandanın iştirak edəcəyi haqda hələ qərar verilməyib. Mövsüm bitəndən sonra bunu müzakirə edəcəyik. Lizensiya ala bilən bütün komandalar Premyer Liqada iştirak edəcək. AZAL sonuncu pillədə qərarlaşıb. Bu komandanın məsələsinə baxacağıq. Qaydalara əsasən, çempionatdan çıxmalıdı. Əgər I divizion klublarından lisenziya alan olsa, AZAL aşağı dəstəyə düşəcək. Aşağı liqadan neçə komandanın elitaya qalxacağını isə hələ bilmirik", - deyə R.Abdullayev bildirib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272830

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR