Pişik dili peçenyesinin hazırlanma qaydası

Metbuat.az sizə pişik dili peçenye ilə şokoladlı ekler reseptini təqdim edir:

Tərkibi:
12 ədəd üçün:
1 paket pişik dili peçenye
2 su stəkanı süd

Kremi üçün:
3 yemək qaşığı un
3 su stəkanı süd
1 ədəd yumurta
2 çay stəkanı şəkər
1 paket labne pendiri
1 paket vanil

Digər ərzaqlar:
1 paket şokolad sous, süd

Hazırlanması:
İlk olaraq kremi hazırlayın. Bir qazana un və şəkəri töküb qarışdırın. İçərisinə yumurta və südü əlavə edib qarışdırın. Bişdikdən sonra altını söndürüb soyumağa qoyun. Içərisinə vanil və labne pendirini əlavə edib 5 dəqiqə mikserlə qarışdırın.
Şokolad sosuda üstündə yazan südlə hazırlayıb soyumağa qoyun.
Dərin bir qaba süd əlavə edib, pişik dili peçenyelərini südə batırıb tavaya yan- yana düzün. Yarısını düzdükdən sonra üzərinə krem çəkin.
Digər peçenyeləri də eynilə düzərək, üzərinə qalan kremi yayıb biraz donmasını gözləyin. Nəhayət üzərinə şokolad sousu əlavə edərək, nuş edə bilərsiniz.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR