Gürcüstanda ağır qəza: 6 ölü, 1 yaralı

Gürcüstanda ağır qəza:  6 ölü, 1 yaralı
22:54 23 Aprel 2017
88 Digər
Ölkə mətbuatı
A- A+

Qərbi Gürcüstanda Kutaisi yaxınlığında baş verən yol qəzasında 6 nəfər ölüb.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə "İmedi"  telekanalı məlumat verib. Hadisə zamanı sürətlə hərəkət edən «Mercedes» markalı avtomobil  və “Jeep” avtomobilləri toqquşub. Hadisədən iki dəqiqə sonra toqquşan avtomobillərə mikroavtobus çırpılıb. Qəza nəticəsində hamilə qadın daxil olmaqla,  6 nəfər  ölüb, daha 1 nəfər ağır xəsarətlər alıb. Həkmilərin sözlərinə görə, onun vəziyyəti ağırdır.

 

Faktla bağlı Gürcüstan CM-nin yol hərəkəti təhlükəsizlik və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində iki və daha çox adamın ölümünə səbəb maddəsi ilə cinayət işi qaldırılıb. Günahkar sürücünü 6 ildən 10 ilədək azadlıqdan məhrumetmə gözləyir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272892

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR