Özündən 25 yaş böyük müəllimini boşatdırıb evləndi - GƏLƏCƏK PREZİDENTİN HƏYAT HEKAYƏTİ - FOTOLENT

Özündən 25 yaş böyük müəllimini boşatdırıb evləndi - GƏLƏCƏK PREZİDENTİN HƏYAT HEKAYƏTİ - FOTOLENT
12:34 24 Aprel 2017
145 Digər
Ölkə mətbuatı
A- A+

 

Fransada dünən keçirilən prezident seçkilərində ən yüksək səs toplayaraq ikinci turda yarışmaq hüququ qazanan “En Marche” Hərakatının lideri, 39 yaşlı Emmanuel Makron ailə hekayəti ilə gündəmə gəlib.

 

Lent.az-ın express.co.uk-a istinadən məlumatına görə,  23,75 % səslə qalib olan Makronun özündən 25 yaş böyük olan xanımı, Bricit Trogneux daha çox müzakirələrə səbəbkar olub.

 

Cütlüyün maraqlı sevgi hekayəti də var.

 

Belə ki, hazırda 64 yaşında olan xanım Bricit Makronun məktəbdə müəllimi olub. Makron 15 yaşında ikən müəlliminə aşiq olub. O zaman 40 yaşında olan xanım Bricit evli və üç uşaq anası imiş.

 

Bricitin qızlarından biri Makronla eyni sinifdə oxuyurmuş.

 

Makron 17 yaşında ikən müəlliməsinə olan sevgisi aşkara çıxıb və ailəsi tərəfindən təhsilini davam etdirmək üçün Parisə göndərilib. Ancaq o, gedərkən Bricitə nə olursa-olsun onunla evlənəcəyini deyib: “Sən məndən canını qurtara bilməyəcəksən. Nə edirsən et, səninlə evlənəcəm”.

 

Elə də olub. O, Parisə gedəndən sonra müəlliməsi ilə telefonla əlaqə saxlayırmış. Nəhayət müəlliməsinin diqqətini çəkir və Bricit Trogneux onunla evlənmək üçün ərindən boşanıb Parisə yollanır və orada müəllim işləməyə başlayır.  

 

Cütlük 2007-ci ildə ailə həyatı qurub.

 

Xanımı ondan böyük olduğu üçün utanmadığını deyən Makron bildirib ki, onun bu mövqeyə gəlib çatmasında xanımının çox böyük rolu olub: “Mən xanımımı heç vaxt gizlətmirəm. O. mənim həyatımdadır və həmişə də belə olub. Ona heyranam”.

 

Qeyd edək ki, Fransada prezident seçkilərinin ikinci turu mayın 7-də keçiriləcək. Seçkilərin ikinci turunda qələbəyə ən çox şansı olan namizəd məhz Makron göstərilir. Espertlər onun Fransanın növbəti prezidenti olacağını ehtimal edirlər. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272926

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR