Dilqəm Əsgərov və Şahbaz Quliyevin səhhətində problemlər yaranıb

Dilqəm Əsgərov və Şahbaz Quliyevin səhhətində problemlər yaranıb
12:58 24 Aprel 2017
84 Digər
Ölkə mətbuatı
A- A+

Dağlıq Qarabağ ərazisində saxlanılan azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması istiqamətində işlər davam etdirilir.

Publika.az xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib.

Bu məsələ gündəlik olaraq Dövlət Komissiyasının diqqət mərkəzində olduğunu deyən E. Səmədov bildirib ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması istiqamətində Komissiyanın sədrinin göstərişi ilə fəaliyyətlərini davam etdirirlər:

"Bizdə olan məlumata görə, girovluqda olan şəxslərin səhhətlərində müəyyən problemlər yaranıb. Bu məsələ Dövlət Komissiyası tərəfindən əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatlarla ətraflı müzakirə olunub. Həmin beynəlxalq təşkilatlar da onların səhhəti ilə bağlı məsələnin monitorinq ediləcəyini, hətta beynəlxalq həkimləri ora dəvət edərək onların sağlamlıq vəziyyətinin yoxlanılacağını bildiriblər”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/196244.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR