Sürət Hüseynovun cangüdənini Hollandiyada deşik-deşik etdilər - VİDEO

Sürət Hüseynovun cangüdənini Hollandiyada deşik-deşik etdilər - VİDEO
15:49 24 Aprel 2017
153 Digər
Ölkə mətbuatı
A- A+

 

Niderland Krallığında azərbaycanlılar arasında dava düşüb.

 

Lent.az "Report"a istinadən xəbər verir ki, hadisə krallığın Vestervoort şəhərində keçirilən toy mərasimində baş verib.

 

Hadisə zamanı Polad Məmmədov adlı azərbaycanlı 5 bıçaq zərbəsi alıb. O, helikopter vasitəsilə hospitala çatdırılıb. Ürək nahiyəsindən bıçaqlanmış yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Baş verən hadisə ilə bağlı bir nəfər saxlanılıb.

 

Qeyd edək ki, P.Məmmədov Azərbaycanın keçmiş baş naziri Surət Hüseynovun cangüdəni olub. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272952

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR