Bakıda oğurluqla məşğul olan yeniyetmələr tutuldu

Bakıda oğurluqla məşğul olan yeniyetmələr tutuldu
12:54 25 Aprel 2017
64 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda oğurluqda şübhəli bilinən şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 3-də rayon ərazisindəki evlərdən birindən 2500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bülbülə qəsəbə sakinləri olan 2 yeniyetmə saxlanılıb. Ətraflarında aparılan tədbirlərlə onların daha 2 evdən pul, sənəd, inşaat materialları və təmir-tikinti alətləri oğurlamaları da müəyyən edilib.

 

 

Araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273018

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR