Şeyxülislam Finlandiyaya gedir

Şeyxülislam Finlandiyaya gedir
16:29 25 Aprel 2017
59 Digər
Ölkə mətbuatı
A- A+

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə aprelin 26-da Finlandiyaya səfərə yola düşür.

 

 

QİM-dən Lent.az-a verilən  məlumata görə, səfərdə məqsəd aprelin 27-də Helsinki şəhərində keçiriləcək «Multikulturalizm, İslam həmrəyliyi və dinlərarası tolerantlıq: Azərbaycan təcrübəsi və onun Avropa üçün əhəmiyyəti”mövzusunda Konfransda iştirak etməkdir.

 

Bildirək ki, Azərbaycanın Finlandiyadakı səfirliyinin və Helsinki Universiteti nəzdində Aleksanteri İnstitutunun təşkilatçılığı ilə keçiriləcək konfransda Azərbaycan və Finlandiyada fəaliyyət göstərən dini icmaların rəhbərləri, dövlət və hökumət nümayəndələri, parlament təmsilçiləri iştirak edəcəklər.

 

 Səfər çərçivəsində QMİ sədri Şeyxülislam A. Paşazadə Finlandiyanın Baş Nazirinin Beynəlxalq məsələlər üzrə müşaviri xanım Anna-Kaisa Heikkinen, Finlandiya Xarici İşlər Nazirinin müavini cənab Samuli Virtanen, Finlandiya Parlamentinin dini məsələlər üzrə Administrasiya Komitəsinin sədri Juho Eerola və Finlandiyanın Təhsil və Mədəniyyət Nazirinin müavini xanım Zabrina Holmström ilə görüşəcək.

 

Bundan başqa, Şeyxülislam Allahşükür Paşazadənin səfər müddətində Finlandiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri ilə də görüşü nəzərdə tutulur.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273051

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR