“Ermənilər anlamalıdır ki...” - Qarabağ münaqişəsinin həlli üçün YENİ TƏKLİFLƏR

“Ermənilər anlamalıdır ki...” - Qarabağ münaqişəsinin həlli üçün YENİ TƏKLİFLƏR
18:08 25 Aprel 2017
90 Digər
Ölkə mətbuatı
A- A+

“Dağlıq Qarabağ münaqişəsi tədricən güzəştlər yolu ilə həll oluna bilər. Məsələn Ermənistan nəqliyyat-kommunikasiya qarşılığında rayonları qaytara bilər. Hətta bu bir addım qarşılığında bir rayon da ola bilər”.

Publika.az
xəbər verir ki, bu barədə “Karnegi” fondunun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə eksperti Tomas de Vall deyib.

Lakin o, bu gün münaqişənin həllinin mümkün olduğuna inanmır: “Münaqişədə təhlükəsizlik vacib amildir. Digər tərəfdən, hər iki tərəfdə hansısa güzəşt xəyanət, yaxud mili təhlükəsizlik maraqlarına etinasızlıq kimi qəbul edilə bilər. Buna görə də mən tədricən, kiçik addımlarla həll yolunu üstün tutaram: təmas xəttində ağır artilleriyanın çəkilməsi qarşılığında siyasi danışıqların bərpası ola bilər”.

T.Vall qeyd edib ki, ermənilər azərbaycanlı qaçqınların mülkiyyətini dağıtdıqlarını, evlərindən didərgin düşdüklərini anlamalıdır.

“Bütün beynəlxalq təşkilatlar Azərbaycan ərazilərinin işğal edildiyi faktını qəbul edir, beynəlxalq hüquq da Azərbaycanın yanındadır. Ermənilər bunu anlamalıdır. Buna görə də qaçqınların öz evlərinə qayıdışına imkan verməlidirlər”, - deyə o bildirib.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/196434.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR