ABŞ Türkiyəni PKK-nı bombaladığına görə tənqid etdi

ABŞ Türkiyəni PKK-nı bombaladığına görə tənqid etdi
23:29 25 Aprel 2017
90 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə Suriya və İraqa zərbələri ABŞ  və Vaşinqtonun rəhbərlik etdiyi koalisiya ilə razılaşdırmadan endirib.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini Mark Toner bildirib.

 

“Bu zərbələr koalisiya tərəfindən dəstəklənməyib və “Peşmərgə”nin üzvləri də daxil olmaqla,  İŞİD-lə mübarizədə tərəfdaşlarımızın faciəvi ölümünə səbəb olub”, - deyə Toner bildirib.

 

Onun sözlərinə görə, İraq ərazisində bütün hərbi əməliyyatlar bu ölkənin suverenliyinə xələl gətirməməlidir.

 

“Türkiyənin və İŞİD-lə mübarizə aparan digər tərəfdaşlarımızın addımlarının əlaqələndirməsi  həyati əhəmiyyət daşıyır”, - deyə Toner qeyd edib.   

 

 

Qeyd edək ki, Türkiyə Hərbi-Hava Qüvvələri bu gün kürd terror qruplaşmalarının (PKK, PYD, YPG) Suriya və İraqdakı mövqelərinə güclü zərbələr endirib. Terrorçular arasında xeyli itkilərin olduğu bildirilir.    


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273087

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR